Qusarda bir ailənin 8 üzvü zəhərləndi

Qusarda bir ailənin 8 üzvü zəhərləndi Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.
Hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar – 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.
Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər