84 yaşlı Qusar sakini məktub yazıb özünü asdı

84 yaşlı Qusar sakini məktub yazıb özünü asdı Qusar rayonunda 84 yaşlı kişi intihar edib.

Qusar Rayon Prokurorluğundan Təhsil-press.az-a verilən məlumata görə, Yasab kəndinin sakini Mövliddin Şərifov bu gün səhər saatlarında yaşadığı evin həyətində talvardan özünü kəndirlə asıb.
Onun evdə tək yaşadığı, intihar etməzdən əvvəl ölümündə heç kimin günahının olmadığı barədə məktub yazdığı bildirilib. Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər