![25 yaşlı Bərdə rayon sakini kiçik qardaşını bıçaqlayıb](http://i.virtualaz.org/143607_res_01.jpg)
Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Xanağa kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Elçin Məmmədov yaşadığı evdə münaqişə zəminində qardaşı, 1995-ci il təvəllüdlü Elnura bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az