2 yaşlı uşaq "razetkaya" mismar salıb.
Masallı rayonunda tükürpədici hadisə baş verib. 2 yaşlı körpəni cərəyan vuraraq öldürüb. Masallı Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində yaşayan kənd sakini 2014-cü il təvəllüdlü Dəniz Beyrək qızı Qasımova evlərində valideyn nəzarətindən yayınaraq "razetka"ya mismar salıb və onu cərəyən vurub.
Yüksək gərginlikli elektrik cərəyanına məruz qalan körpə dünyasını dəyişib. Məlumata görə, Dəniz Qasımova ailənin tək övladı imiş və valideynlərinin birgə nikahından uzun illər sonra dünyaya gəlibmiş. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tehsil-press.az