İran Prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya rəsmi səfərə gələcək. Bu, İranın sabiq Prezidenti Məhəmməd Xatəminin 2000-ci ildə Yaponiyaya gəlişindən sonra ilk belə yüksəksəviyyəli səfər olacaq.
Dekabrın 20-21-də baş tutacaq səfər çərçivəsində İran Prezidentinin Yaponiyanın Baş Naziri ilə görüşü keçiriləcək. Görüş çərçivəsində liderlərin ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəkləri bildirilir.
Qeyd edilir ki, Yaponiya ABŞ və İran da daxil olmaqla, müvafiq ölkələrlə əməkdaşlıq edərək Yaxın Şərqdə gərginliyi azaltmağa və vəziyyəti sabitləşdirməyə çalışır.
Tehsil-press.az