Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib

Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib Bakı Ali Neft Məktəbi (BANM) mətbuat işçilərini təbrik edib.
Təbrikdə deyilir: "Əziz həmkarlar, dəyərli dostlar,
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin kollektivi adından səmimi qəlbdən təbrik edir, hər birinizə yeni müvəffəqiyyətlər, bol şans və xoşbəxtlik arzulayırıq.
2019-cu il ərzində Bakı Ali Neft Məktəbinin fəaliyyətinə, həyata keçirdiyi işlərə və əldə etdiyi uğurlara göstərdiyiniz həssas münasibət üçün təşəkkür edirik! Dəstəyiniz və diqqətiniz əvəzolunmazdır.
Yeni ildə də qarşılıqlı, səmərəli əməkdaşlıq arzusu ilə bir daha təbrik edirik".

Tehsil-press.az

Oxşar xəbərlər