Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri açan rektor Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Rektor bildirib ki, 1989-cu ildən etibarən dekabrın 31-i dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
Elmar Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Neft Məktəbində bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib. Onun sözlərinə görə, 2018-ci ildə BANM ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 bal toplamış tələbələrin hamısının BANM-i seçməsi də rekord göstəricidir.
Tədbirin bədii hissəsində BANM tələbələrinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının tələbələrinin çıxışı bütün iştirakçıların zövqünü oxşayıb.
BANM-nin Mətbuat Xidməti