Bakıda metroya pirotexniki vasitə atan şəxslər saxlanılıb

Bakıda metroya pirotexniki vasitə atan şəxslər saxlanılıb Bakıda metroya pirotexniki vasitə atan şəxslər saxlanılıb.
Hadisə bu gün saat 18:16-da baş verib. Naməlum şəxslər metronun "28 may" stansiyasında qatar xəttinə pirotexniki vasitə atıb. Nəticədə qatar xəttində tüstüləmə baş verib. Dərhal qatar yolunda gərginlik dayandırılıb və yola baxış keçirilib. Nəticədə "Sahil" stansiyasına gedən qatarın qrafikində 5 dəqiqə gecikmə baş verib.
Metroda Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən 3 nəfər - Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Şahin Abbasov və Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıblar.

Tehsil-press.az

Oxşar xəbərlər