Aprelin 11-də yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Belçikadakı səfirliyində yaradılmış, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 48 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası Prezidenti seçkiləri başlayıb.
Məntəqə seçki komissiyası konsul qeydiyyatında olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb.
Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə müvafiq qaydada keçirilir. Pozuntular qeyd olunmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.
Tehsil-press.az