Trampla Netanyahunun görüşü olacaq

Trampla Netanyahunun görüşü olacaq ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də İsrailin Baş Naziri Binyamin Netanyahu və ölkə müxalifətinin lideri​, “Kahol-Lavan” blokunun rəhbəri Beni Hansla görüşəcək.
Bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.
“ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə İsrailin Baş Naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Hans da Prezidentdən Vaşinqtona dəvət alıb. ABŞ və İsraili sıx əməkdaşlıq bağlayır. Baş Nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək imkanlarıdır”, - mətndə qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər