Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco” Şəbəkə Akademiyasının (CŞA) açılışı olub.
Tədbirdə çıxış edən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəzin nəzdində fəaliyyət göstərəcək “Cisco Şəbəkə Akademiyası” haqqında ətraflı məlumat verib. Bildirib ki, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda, bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulan “Cisco” Şəbəkə Akademiyasında dərslər “Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır. Tədris peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən aparılacaq.
Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və “bulud” texnologiyaları nəzəriyyələrini öyrənəcək, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artıraraq rəsmi onlayn resurslarına çıxış imkanı qazanacaqlar.
Sonra “Cisco”nun şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov şirkət haqqında ətraflı məlumat verib.
Bildirilib ki, şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Şirkətin əsas istiqamətlərindən birinin təhsil sahəsi olduğunu vurğulayan E.Seyidov ölkədə fəaliyyət göstərən tədris müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının çox əhəmiyyətli olduğunu qeyd edib.
Sonda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Cisco” şirkətinin nümayəndəliyi arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Tehsil-press.az