Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub Təhsil Nazirliyində “Cisco” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.
Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə olunan nailiyyətlər, fəaliyyətin daha da genişləndirilməsi, gələcək imkanlar barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində “Cisco” şirkəti ilə sıx əməkdaşlıq qurulub. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb.
Bildirilib ki, hazırda “Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə çatıb. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan nazirlik tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda, bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir.
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə layihələr barədə müzakirələr aparıblar.
Görüşdə təhsil nazirinin müşaviri Həsən Həsənli, təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, regional meneceri Vladimir Orlov və “Azərbaycanda innovasiya üzrə direktoru Ramil Eyyubov iştirak ediblər.

Mətbuat Xidməti


Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunubTəhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Oxşar xəbərlər