Bakı Ali Neft Məktəbi (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının informasiya təhlükəsizliyi ixtisası üzrə dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.
FNSA ilə əməkdaşlıq çərçivəsində ali məktəbin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanı qazanacaqlar. Əməkdaşlıq nəticəsində tələbələr üçün pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi üzrə ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Bu proqram tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Həmçinin qazanılan bilik və bacarıqlar gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat və ya şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq. Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə üçün çıxış əldə edəcəklər.
“Fortinet” kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış məşhur şirkətlərdən biridir. Şirkət daxilində yaradılmış FNSA informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.

BANM-in Mətbuat Xidməti