Tramp Ərdoğana başsağlığı verdi

Tramp Ərdoğana başsağlığı verdi ABŞ və Türkiyə Prezidentləri arasında növbəti telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, Donald Trampla Rəcəb Tayyib Ərdoğan söhbət zamanı xüsusilə Liviya və İdlibdəki vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, Amerika lideri türkiyəli həmkarına Elazığ şəhərində baş vermiş zəlzələ nəticəsində 41 nəfərin vəfatına görə başsağlığı verib.
Xatırladaq ki, yanvarın 24-də baş verən 6,8 ballıq zəlzələ nəticəsində 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər