İldırım 10-dan çox insanı öldürdü

İldırım 10-dan çox insanı öldürdü Peruda dörd gün ərzində ildırım vurması nəticəsində ən az 13 nəfər ölüb.
Hadisələr dağliq əyalətləri Kanas, Kançis və Espinarda baş veriblər.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri qeyd edirlər ki, bu təbii hadisənin tez-tez baş verdiyi bölgədə insanların təhlükəsizliyi "həyati zərurət məsələsidir".
Perunun Milli Meteoroloji və Hidroloji Xidməti sakinləri fırtına olduğu və şimşək çaxdığı zamanları tədbir görməyə çağırıb: ağacların altında, pəncərələr və qapılar yaxınlığında dayanmamalı, məişət texnikası və mobil telefonları söndürməli və çətirdən istifadə etməməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər