Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir

Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council”ın Azərbaycandakı ofisinin direktoru Samr Şahla görüşüb.
Birgə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə çıxış edən universitetin rektoru, professor M.Babanlı təhsil müəssisəsində görülən işlərdən və “British Council” ilə birgə həyata keçirilən ingilis dili təlimlərindən danışıb.
ADNSU-BP və “British Council” ilə birgə reallaşdırılan təlimlərin nəticələrinin uğurlu olduğunu diqqətə çatdıran rektor müvafiq layihənin davamlı olmasını dəstəklədiyini deyib.
Universitetlə birgə uzunmüddətli əməkdaşlıqdan razı qaldığını qeyd edən “British Council”ın Azərbaycandakı ofisinin direktoru Samr Şah ADNSU müəllimlərinin dil səviyyəsindən və ingilis dili təlimlərinin nəticələrindən məmnun olduğunu deyib. Təlimlərin sonunda ADNSU-nun 12 nəfər müəlliminin “British Council” tərəfindən ekspert qismində seçildiyini vurğulayan S.Şah, həmçinin layihənin daha 3 il müddətində davam edəcəyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə ADNSU-da İngiltərəyə aid guşə yaradılacağı da qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər