Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru, akademik Ramil Baxtizin ilə görüşüb.
Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə M.Babanlı mübadilə prosesindən və yeni layihələrdən danışıb. UDNTU ilə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıran rektor yeni elmi əməkdaşlıq imkanlarından söz açıb.
ADNSU-da olmaqdan və akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci elmi texniki konfransında iştirakından məmnun olduğunu deyən R.Baxtizin yeni elmi əməkdaşlığın əhəmiyyətinə toxunub.
Daha sonra R.Baxtizin universitetin tarix muzeyində və Azad Mirzəcanzadə adına kabinetdə olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

ADNSU-nun Mətbuat Xidməti