Britaniyada koronavirusa yoluxanların sayı kəskin artdı

Britaniyada koronavirusa yoluxanların sayı kəskin artdı Böyük Britaniyada koronavirusa yoluxanların sayı sutka ərzində 30 nəfər artıb. Səhiyyə Nazirliyinin hesablamalarına görə, bununla da ölkədə ölümcül virusa yoluxanların ümumi sayı 115 nəfərə çatıb.
Həkimlər ölkədə 18 mindən çox insanı koronavirusa görə yoxlayıb.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrının sonunda Çinin Hubey əyalətində aşkar olunub. Virus Çindən kənarda da yayılıb. Hazırda dünyada 93 mindən çox koronavirus xəstəsi var, 3 mindən çox insan dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər