Koronavirusdan qorunmaq istəyən 7 iranlı spirtdən zəhərlənib öldü

Koronavirusdan qorunmaq istəyən 7 iranlı spirtdən zəhərlənib öldü İranda koronavirusdan qorunmaq istəyən yeddi nəfər metil spirtdən zəhərlənib və ölüb. Bu barədə “ISNA” agentliyi yerli hökumətə istinadən xəbər verib.
Mənbənin məlumatına görə, insident Əlborz əyalətində baş verib.
“Təəssüf ki, bir neçə nəfər spirtdən zəhərlənib, indiyədək yeddi nəfər dünyasını dəyişib. İnternetdən məlumat alan bu insanlar bunun koronavirusa qarşı dərman kimi kömək edə biləcəyini hesab edib metanoldan istifadə ediblər”, - yerli prokurorluğun nümayəndəsi Məhəmməd Ağayari deyib.
Qeyd edək ki, fevralın 19-dan indiyədək İranda 6566 yoluxma faktı qeydə alınıb, 2134 nəfər sağalıb, 194 nəfər dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər