İranda göbələk 15 can aldı - Say artdı

İranda göbələk 15 can aldı - Say artdı İranda 15 nəfər göbələk zəhərlənməsindən dünyasını dəyişib.
Ölkənin qəza xidmətinin nümayəndəsi Modctabu Haledinin məlumatına görə, mindən çox insan isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib: “1017 nəfər xəstəxanaya çatdırılıb. Təəssüf ki, onlardan 15-i dünyasını dəyişib”.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın əsasən qərb hissəsində yerləşən Kirmanşah, Kürdistan, Lurestan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, Həmədan əyalətlərində göbələkdən kütləvi zəhərlənmə baş verib. İlkin məlumatda 11 nəfərin öldüyü deyilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər