Ərdoğan: Türkiyə əvvəldən koronavirus ətrafındakı vəziyyəti yaxından izləyi

Ərdoğan: Türkiyə əvvəldən koronavirus ətrafındakı vəziyyəti yaxından izləyi Bütün dünya üçün ağır nəticələrə səbəb olan epidemiyalar, eyni zamanda, siyasi, sosial və iqtisadi dəyişikliklərə də səbəb olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: "Qlobal iqtisadi, siyasi və sosial quruluşda köklü dəyişikliklərin olma ehtimalı olan yeni bir dövrə daxil oluruq".
Onun sözlərinə görə, Türkiyə əvvəldən koronavirus ətrafındakı vəziyyəti yaxından izləyib və xəstəliyin yayılmasına qarşı təxirəsalınmaz tədbirlər həyata keçirib: "Dövlət koronavirusun yayılması təhlükəsinin tez bir zamanda aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib".
Prezident qeyd edib ki, Türkiyə hakimiyyəti İstanbul və Ankarada 65 yaşdan yuxarı vətəndaşlara maskalar və dezinfeksiyaedici maddələrin paylanmasını təşkil etmək niyyətindədir.
Dövlət başçısı əlavə edib ki, Türkiyədə COVID-19 koronavirusuna qarşı peyvənd və dərmanın hazırlanması üzrə işlər aparılır.
Xatırladaq ki, Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfər, ölənlərin sayı isə 2 nəfər təşkil edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər