ABŞ 5 iranlı alimə qarşı sanksiyalar tətbiq edib

ABŞ 5 iranlı alimə qarşı sanksiyalar tətbiq edib ABŞ 5 iranlı alimə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.
Bəyanatda bildirilir: "İranın qəbuledilməz nüvə fəaliyyəti ilə əlaqədar ABŞ-ın Ticarət Nazirliyi 2004-cü ildə nüvə proqramını inkişafında iştirak edən və bu günə qədər hökumətə çalışan 5 iranlı alimə qarşı sanksiyalar tətbiq edir".
M.Pompeonun sözlərinə görə, İranın nüvə sahəsində son fəaliyyətləri beynəlxalq sabitliyə təhlükə yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər