Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusdan 9 yeni ölüm faktının baş verdiyini açıqlayıb.
Bu barədə tvitterdə yazan nazir 289 yeni yoluxma faktının olduğunu da qeyd edib.
Bununla da ölkədə ölüm sayı 30-a, virusa yoluxanların sayı isə 1236 nəfərə yüksəlib.
F. Qoca Türkiyə vətəndaşlarına səslənib: “Yeni canlar itiririk. Yoluxma sayı artır. Ancaq mümkün olduğu qədər çox test etdiyimizi unutmayaq. Müalicəyə alınmış hər şəxslə yayılmanın qarşısını bir az da alırıq. Evimizdə qalaq, risk almayaq”.

Tehsil-press.az

Oxşar xəbərlər