Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” esse yazı müsabiqəsi başa çatıb

Aprel döyüşlərinin dördüncü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” esse yazı müsabiqəsi başa çatıb “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Aprel döyüşlərin dördüncü ildönümünə həsr olunmuş “Azərbaycan naminə” esse yazı müsabiqəsinə yekun vurub.
“Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz” və “Azərbaycançılıq məfkurəsi” mövzularında keçirilən müsabiqəyə ölkəmizin 10 universitetinin tələbələri 323 esse göndəriblər.
Münsiflər heyətinin rəyinə əsasən Bakı Ali Neft Məktəbinin üçüncü kurs tələbəsi Rəşad Əhmədov birinci, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Günəş Vəliyeva və Dövlət İdarəçilik Akademiyasının üçüncü kurs tələbəsi İlahə Balakişiyeva ikinci, Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi Nizami Bayramlı, Bakı Mühəndislik Universitetinin beşinci kurs tələbəsi Nuranə Mirhüseynli, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Arzu Həsənova üçüncü yerə layiq görülüblər.
Daha beş tələbəyə isə həvəsləndirici mükafatlar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər