“Hindistanı tanıyaq” inşa müsabiqəsinin qalibləri müəyyənləşdirilib

“Hindistanı tanıyaq” inşa müsabiqəsinin qalibləri müəyyənləşdirilib Azərbaycan Dillər Universitetinin (ADU) Hindi dili və mədəniyyəti mərkəzinin keçirdiyi “Hindistanı tanıyaq” inşa müsabiqəsinin qalibləri müəyyən edilib.
Hindistanın zəngin mədəniyyətini, tarixini, coğrafiyasını tanıtmaq məqsədilə keçirilən müsabiqəyə 29 inşa təqdim olunub. İnşa yarışmasında təkcə ADU-nun tələbələri deyil, digər universitetlərin tələbələri və orta məktəb şagirdləri də iştirak ediblər. ADU-nun tələbəsi Nəzrin Hidayətova və Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin 9-cü sinif şagirdi Nəzrin Xankişiyeva birinci yerə layiq görülüblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi Aynur Quluzadə və Bakıdakı 53 nömrəli məktəbin 11-ci sinif şagirdi Ramin Əhədov ikinci yeri tutublar. Üçüncü yerləri isə paytaxtdakı 61 və 274 nömrəli orta məktəblərin şagirdləri bölüşüblər.
Digər inşa yazanlara iştirakçı sertifikatları verilib.

Tehsil-press.az

Oxşar xəbərlər