Bakı Ali Neft Məktəbində (BANM) müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasında keçirilən “İlin gənc tədqiqatçısı” müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin qaydalarına uyğun olaraq, kafedralar tərəfindən yerinə yetirilmiş, üç tələbənin elmi işi müsabiqəyə təqdim olunub. Münsiflərin qiymətləndirilməsinin nəticələrinə görə tələbələrin elmi işləri müsabiqənin yekun mərhələsinə təqdim edilib. Yekun mərhələdə qiymətləndirmə beş ekspertdən ibarət komissiya tərəfindən aparılıb.
Nəticədə kimya mühəndisliyi ixtisasının beşinci kurs tələbəsi Nicat Qasımov “Yaşıl nanotexnologiyalardan istifadə etməklə suyun təmizlənməsi” mövzusunda elmi-tədqiqat işinə görə “İlin gənc tədqiqatçısı” elan edilib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dördüncü kurs tələbəsi Leyli Abbasovanın “Matlab proqram təminatı əsasında neyron şəbəkələrinin layihələndirilməsi” elmi-tədqiqat işi ikinci, kimya-mühəndisliyi ixtisasının beşinci kurs tələbəsi Kamran Əliyevin “Xəzər dənizində dalğa enerjisinin potensialı” mövzusunda elmi-tədqiqat işi üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin qalibi N.Qasımov xüsusi diplom və mükafata layiq görülüb, onun məruzəsi BANM-də ikinci Azərbaycan Elm Festivalı çərçivəsində keçirilən elmi-ədəbi-bədii tədbirin proqramına daxil edilib.

BANM-nin Mətbuat Xidməti