Fransa Elm Şurası ölkədə koronavirus səbəbiylə ölüm riski daşıyanların sayının 17 milyon nəfər olduğunu açıqlayıb.
Şura aparılan araşdırmalardan sonra bu qənaətə gəlib. Yaş və xəstəlik faktorunu incələyən mütəxəssislər Fransada əhalinin ¼-nin ölümcül risk daşıdığını elan edib. Şura riskli vətəndaşların küçəyə çıxmalarının qadağan olunmasını tələb edib.
17 milyonu risk altına salan xəstəliklər arasında yüksək təzyiq, diabet, piylənmə, siqaret asılılığı qeyd olunub.
Qeyd edək ki, Fransada əhalinin sayı 67 milyondur. Covid-19-dan 10 min 869 nəfər dünyasını dəyişib, 112 min 950 nəfər isə virusa yoluxub.
Tehsil-press.az