Misirdə koronavirusla bağlı vəziyyətdə - İlk yaşandı

Misirdə koronavirusla bağlı vəziyyətdə - İlk yaşandı Misirdə ilk dəfə koronavirus infeksiyasından sutkalıq ölüm səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, ötən sutka ərzində koronavirusdan cəmi beş nəfər ölüb. Sonuncu dəfə bu cür nəticə aprelin 4-də qeydə alınmışdı, daha sonrakı günlərdə qurbanların sayı durmadan artaraq maksimal həddə (bir günə 17 nəfər) çatmışdı.
Qurumun rəsmi nümayəndəsinin sözlərinə görə, son sutka ərzində 125 yeni yoluxma halı qeydə alınıb ki, bu da ötən müddətlə müqayisədə azdır.
Qeyd edək ki, Misirdə hazırda 2 190 koronaviruslu xəstə var. 488 nəfər sağalıb, 164 nəfər vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər