Kanadada koronavirusdan ölənlərin sayı artıb

Kanadada koronavirusdan ölənlərin sayı artıb Kanadada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 713 nəfərə çatıb. Bu barədə "CTV" telekanalı məlumat yayıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 24,3 minə çatır, onlardan 7 mini artıq sağalıb. Ən çox ölüm halı Kvebek əyalətində qeydə alınıb - 289 nəfər.
Kanadanın Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, ölkədə koronavirusdna 674 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Kanadada koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər