Koronavirusla bağlı rəqəmlər dəyişir - Video

Koronavirusla bağlı rəqəmlər dəyişir - Video Koronavirusa yoluxanların sayı 2 milyonu ötüb.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 000 231 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 500 minə çatsa da, ölənlərin sayı 120 mini ötüb.
Azərbaycanda isə 833 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 24-nün vəziyyəti ağır, 28-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 13 nəfər virus səbəbindən həyatını itirib, 351 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 549 min aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 21 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 174 min yoluxma halı qeydə alınıb. Almaniyada 132 mindən çox yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 3495 ölüm. Həmçinin, ölkədə virusdan sağalanların sayı da yüksək sürətlə artır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 65 min olub. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından iki dəfə çoxdur. Ölkədə 48 min sağalmış, 22 min aktiv xəstə var.
Sözügedən videoçarxı təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər