
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 336 878 aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 17 minə çatır. Artıq İspaniya da koronavirusa yoluxma sürətinə görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 137 min yoluxma halı qeyd olunub. Almaniyada 104 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 1810 ölüm.
Qonşu Türkiyədə yoluxma sayı artıq 30 mini ötüb. İranda sağalanların sayı hər keçən gün yüksəlir. Ölkədə 32 min aktiv, 24 min sağalmış xəstə var.
Sözügedən videoçarxı təqdim edirik:
[flash=https://youtu.be/Ows4ilZSlZA]https://youtu.be/Ows4ilZSlZA[/flash]
Tehsil-press.az