Almaniyada Covid-19 tədbirlərinin yumşaldılması istiqamətində aprelin 20-də mağazalar, mayın 4-də isə məktəblər və gözəllik salonları açılacaq. Bundan başqa, avqustun 31-dək irimiqyaslı tədbirlərin keçirilməsi qadağan ediləcək.
Tehsil-press.az xəbər verir ki, bu məlumatı “Bild” nəşri yayıb.
Bildirilir ki, ümumi sahəsi 800 kvadrat metr olan iş yerləri sanitariya və sosisal məsafə qaydalarını təmin etmək şərti ilə, aprelin 20-dən etibarən fəaliyyətini davam etdirəcək. Avtomobil salonları, velosiped və kitab mağazaları da aprelin 20-dən açılacaq.
Təhsil müəssisələrində tədris mayın 4-dən etibarən davam edəcək. Siniflərdə 15-dən artıq şagird, tələbənin olmasına icazə verilməyəcək.
Avqustun 31-dək kütləvi tədbirlərlə yanaşı, matçlarda azarkeşlərin olması da qadağandır.
Kilsə, məscid və sinaqoqlarda ibadət qadağası növbəti həftə yenidən dəyərləndiriləcək.
Maska tövsiyəsi olsa da, məcburiyyət yoxdur. Restoran, kafe və otellər bağlı olacaq.
Tehsil-press.az