Almaniyada kütləvi toplaşmaq qadağan olundu

Almaniyada kütləvi toplaşmaq qadağan olundu Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.
O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.
Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.

Tehsil-press.az

Oxşar xəbərlər