Portuqaliya parlamenti ölkədə fövqəladə vəziyyət rejimini mayın 2-dək uzatmaq barədə Prezident Marselo Rebelonun təklifini qəbul edib.
Prezident koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyətin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyətdən asılı olaraq şirkət, mağaza və digər müəssisələrin tədricən işinə qayıtması mümkündür.
Qeyd edək ki, Portuqaliyada fövqəladə vəziyyət artıq 3-cü dəfədir uzadılır. Ölkədə məhdudiyyətlər əvvəlcə martın 19-dan 25-dək nəzərdə tutulsa da, əvvəlcə aprelin 2-dək, daha sonra aprelin 17-dək uzadılıb.
Portuqaliyada Covid-19-dan 629 nəfər ölüb, 18 min 841 nəfər isə virusa yoluxub.
Tehsil-press.az