Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır

Rumıniyada fövqəladə vəziyyət rejimi bir ay uzadılır Rumıniya parlamenti fövqəladə vəziyyət rejiminin mayın 14-dək uzadılmasını təsdiqləyib.
Qərar qanunverici orqanın hər iki palatasının prezident Klaus Yohannisin göstərişi ilə keçirilən onlayn iclası zamanı qəbul edilib.
Bildirilir ki, bir neçə müxalifət partiyası hökumət qarşısına öhdəliklər irəli sürüb, o cümlədən hökumətin epidemiyaya qarşı görülən tədbirlər barədə həftəlik hesabat verməsini tələb edib.
Rumıniya martın 16-da koronavirusa yoluxanların sayının 100-ü keçdikdən sonra fövqəladə vəziyyət elan edib. Ölkədə son 24 saat ərzində 491 yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların ümumi sayı 7707-yə çatıb, onlardan 392 nəfər ölüb, 1 357 nəfər sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər