“Bu yaxınlarda Rusiya Azərbaycan ərazisində atom elektrik stansiyası tikməyi təklif etmişdi. Səbəb kimi də göstərmişdi ki, elektrik enerjisinə tələbat son illərdə ölkəmizdə daim artıb və gələcəkdə yetərincə elektrik enerjisi istehsal etmək kapasitəsi Azərbaycanda olmaya bilər”.
Bu sözləri Real Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb. Bildirib ki, bu ideya ilə bağlı bir çox səbəblər gətirərək qarşı çıxdıqlarını bildirib:
“Bir həftə əvvəl nazir Şahbazov Rusiyanın arqumentini “vuraraq” bildirdi ki, Azərbaycanda elektrik enerjisinin istehsalı o qədər yüksək templə artır ki, biz bu enerjini xaricə də satırıq. İki gün əvvəl isə, Qoşulmama Hərəkatının zirvəsində İlham Əliyev prioritetimizi vurğulayaraq bildirdi ki, elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur.
Beləliklə, məncə, müxalifət kimi REAL, iqtidar kimi isə YAP hakimiyyəti, zamanında və yuxarı-aşağı yaxın mövqedən Azərbaycanda atom elektrik stansiyası tikilməsi ideyasını rədd edir. Əlbəttə, biz istərdik ki, hakim partiya bunu daha aydın və konkret ifadə etsin, amma hər halda bu da məqbuldur. Mövzunu izləməkdə davam edəcəyik”.
Tehsil-press.az