"Azərişıq" ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Tehsil-press.az-a açıqlamasında qeyd edib ki, elektrik enerjisinin verilişinin bərpası ilə bağlı işlər tam sürətlə gedir:
"Artıq Bakı Metropoliteni, dövlət xəstəxanaları, hərbi hissələr, su-kanalizasiya idarələri və dövlət əhəmiyyətli bütün obyektlər elektriklə tam təmin olunub.
Hazırda Bakı şəhərinin 95 faizində işıqla bağlı problem yoxdur. Regionlarda qərb və şimal rayonları 100 faiz, digər ərazilər isə 40-80 faizlə təchiz olunub".
T. Mustafayev bildirib ki, gecə saatlarından Azərişıq rəhbərliyi başda olmaqla bütün əməkdaşlar iş başındadırlar:
"Azərişıq istehlakçıdan aldığı enerjini ötürmə funksiyasını yerinə yetirir və biz elektrik aldıqca bütün bölgələrdə problem tam həll olunacaq. Hazırda bütün ölkə üzrə elektrik paylayıcı xətlər yüksək səviyyədə fəaliyyət göstərir".
Tehsil-press.az