Təhsil Nazirliyi “Dərsdən sonra” teleproqramına start verir

Təhsil Nazirliyi “Dərsdən sonra” teleproqramına start verir Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dərsdən sonra” teleproqramına start verilir.
Şagirdlər bu həftədən etibarən hər şənbə saat 12:20-də “Mədəniyyət” telekanalında “Dərsdən sonra” teleproqramını izləyə bilərlər. Burada biliklərə əyləncə formatında yiyələnməklə yanaşı, incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar da yer alacaq.

Tehsil-press.az

Oxşar xəbərlər