1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması və sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Ulu Öndər müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin taleyini yaşamağa imkan vermədi, özünün müdrik siyasəti və dəmir iradəsi ilə bu müstəqilliyi qoruyub saxladı. Görkəmli dövlət xadiminin böyük inamla söylədiyi bu fikirlər ölkəmizin gələcək inkişafına hər kəsin qəlbində böyük ümidlər yaratdı: “Ona da əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin, Prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və yüksəklərə qaldırır. Azərbaycanın dövlət başçısı kimi mən deyirəm, bilin, – bundan sonra Azərbaycan heç kəsdən asılı, heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini müəyyənləşdirəcəkdir. Azərbaycan müstəqil, sərbəst qalacaqdır”.
Ümummilli Liderin rəhbərliyi altında 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin hüquqi quruluşunun əsasını qoymuş, yeni dövlətin gələcək inkişafına təkan vermişdir. Müstəqilliyimizin əsаs аtributu оlаn Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının qəbul еdilməsi Аzərbаycаnın dövlət və hüquq tаriхində хüsusi yеr tutаn mühüm hаdisələrdən biridir. Ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizdə insan və vətəndаş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edirdi.
Kоnstitusiyаmızdа Azərbaycan dövlətinin əsasları, vətəndaşların əsas hüquq və azdlıqları ilə yanaşı, vətəndaşların əsas vəzifələri də, yəni konstitusion vəzifələri də öz əksini tapmışdır. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin sözləri ilə desək: “Bu gün qаrşımızdа durаn əsаs vəzifələrdən biri Kоnstitusiyаmızın təbliği, оnun əsаs prinsip və müddəаlаrının dərindən öyrənilməsi və hər bir vətəndаşın yаşаyış nоrmаsınа çеvrilməsidir”.
Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana qarşı başladığı təcavüz nəticəsində ölkə ərazisinin 20 faizi, o cümlədən Qarabağ bölgəsi 30 il müddətində işğal altında qalmışdır. Bu vəziyyət Azərbaycan dövlətinin suverenliyinin bu ərazilərdə tətbiqinə imkan verməmiş, xalqımızın ərazi bütövlüyü ideyasını qorumaq və bu torpaqları geri qaytarmaq istiqamətindəki mübarizəsini daha da gücləndirmişdir. İşğal altındakı torpaqların geri alınması yalnız hərbi müstəvidə deyil, diplomatik, hüquqi və sosial sahələrdə Azərbaycanın əsas hədəfi olmuşdur. Bu həm də ölkəmizin xarici siyasətinin əsasını təşkil etmiş, Azərbaycanın beynəlxalq müstəvidə hüquqlarını müdafiə etməsi üçün vacib addımların atılmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan xalqının dövlət müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizənin əhəmiyyətini vurğulayan mühüm addımdır. 2025-ci il həm də Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30-cu, həmçinin Vətən müharibəsindəki qələbənin 5-ci ildönümünü qeyd etmək üçün əlamətdar bir il oldu. Ölkə başçısı bu əlamətdar ili qeyd etmək və ölkənin müstəqilliyinin qorunması istiqamətində atılacaq yeni addımları planlaşdırmaq məqsədilə müvafiq Tədbirlər Planının hazırlanması üçün tapşırıqlar vermişdir. Bu tədbirlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinin daha da güclənməsinə və ölkəmizin gələcək inkişafına yönəlmiş mühüm bir yol xəritəsi olmuşdur.
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu, həmçinin ölkəmizin beynəlxalq arenada daha güclü mövqeyə sahibliyini və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipial mövqe tutacağını bir daha nümayiş etdirdi.
Ulu Öndərin vaxt ilə dediyi bu kəlam bu gündə həyatımızın əsas amilinə çevrilmişdir:-“Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır! ”
İsmayıl Rövşənov
Sabunçu rayon prokurorunun böyük köməkçisi,
kiçik ədliyyə müşaviri
Sabunçu rayon prokurorunun böyük köməkçisi,
kiçik ədliyyə müşaviri
Tehsil-press.az