Tovuzda bayram günü ailə FACİƏSİ

Tovuzda bayram günü ailə FACİƏSİ Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə bu gün baş verib. Ruhi-əsəb xəstəsi olan 31 yaşlı K.Namazov daha sonra yaşadıqları evi yandırıb.

55 yaşlı S.Həsənova xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Oğul polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər