O qəzadan sonra iki il komada qaldı, bu gün öldü

O qəzadan sonra iki il komada qaldı, bu gün öldü 2018-ci ilin oktyabrında Bakının Binə qəsəbəsində sərnişin avtobusu və qatarın toqquşması nəticəsində baş verən qəzada xəsarət alaraq komaya düşən Novruz Salmanov vəfat edib.
23 yaşlı Novruz Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30-a yaxın sərnişindən biri idi.
Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə də xeyli müddət müalicə olunmağına baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, Novruz Salmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu olub.

Tehsil-press.az

Oxşar xəbərlər