Türkiyədə 8-15 may tarixləri arasında ticarət mərkəzlərinin nəzarətli bir şəkildə açılmasına hazırlıqlar gedir.
Bu barədə Türkiyənin Ticarət Mərkəzləri və İnvestorlar Birliyinin (AYD) sədri Hüseyn Altaş açıqlama verib.
“İtaliya, İspaniya, Almaniya kimi ölkələr tədricən ticarət mərkəzlərini açmağa başlayıb. Burada məqsəd gəlir güdmək deyil. Həyatın yavaş-yavaş öz axarına dönməsini təmin etməkdir”.
H. Altaş qeyd edib ki, tədricən açılacaq ticarət mərkəzlərində ciddi sanitar tədbirlər davam etdiriləcək.
“Bununla birlikdə qaydalar və gigiyena tədbirləri çox sərt olacaq. Maska paylanacaq, müəyyən məsafələr tətbiq olunacaq. Müştərilər müəyyən aralıqlarla alınacaq. Elmi heyət, ictimaiyyət və pərakəndə satış şirkətləri ilə danışırıq. İctimaiyyət tərəfdən nəzarət altında açılması ilə bağlı təkliflər var. Bu səbəbdən ticarət mərkəzlərini ciddi yoxlamalar və şərtlərlə tədricən açmağı planlaşdırırıq”.
Qeyd olunub ki, 8-15 may aralığında ticarət mərkəzlərinin 80 faizinin açılacağı gözlənilir.
Tehsil-press.az