Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb

Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb 2019-cu ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,516 milyon dollar artaraq 163,885 milyon dollar təşkil edib.
Bu barədə Tehsil-press.az-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Avqust ayında Türkiyədən Azərbaycana ixrac 138,423 milyon dollar, Azərbaycandan idxal isə 25,462 milyon dollara bərabər olub.
İki ölkə arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 15,432 milyon dollar artaraq 1,250 milyard dollar təşkil edib.
Qeyd edək ki, avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 28,6 milyard dollara bərabər olub.

Tehsil-press.az


Oxşar xəbərlər