Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili mərkəzinin təşkilatçılığı ilə virtual “danışıq klubu” təşkil olunub.Bu barədə Tehsil-press.az-a universitetdən bildirilib. “Danışıq klubu”nda ADU ilə yanaşı, digər universitetlərin də tələbələri iştirak ediblər. Tədbirin qarşıdan gələn həftələrdə də keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az













