UNEC-də ənənəvi “Danışıq klubu” fəaliyyətə başlayıb

UNEC-də ənənəvi “Danışıq klubu” fəaliyyətə başlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində birinci kurs tələbələri üçün ənənəvi “Danışıq klubu” fəaliyyətə başlayıb.
“Mən UNEC tələbəsiyəm” mövzusuna həsr olunmuş ilk dərsdə birinci kurs tələbələri universitet haqqında ilk təəssüratlarını bölüşüblər. Müəllimlərindən söz açan tələbələr onları savadlı, işinə rəğbətlə yanaşan, fərqli düşüncə tərzinə malik yüksək intellekt sahibləri adlandırıblar.
Əcnəbi tələbələrin də qatıldıqları “Danışıq klubu” birinci kurs tələbələrinin dil baryerinin qısa zamanda aradan qalxmasına və ingilis dili biliklərinin təkmilləşməsinə kömək edəcək. UNEC-in mübadilə proqramlarında fəallıq göstərən yuxarı kurs tələbələrinin təşkil etdikləri danışıq klubları hər həftənin şənbə günü keçiriləcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər