ADU-da alman dili müəllimləri üçün danışıq klubu yaradılıb

ADU-da alman dili müəllimləri üçün danışıq klubu yaradılıb Keçən tədris ilində olduğu kimi, 2019/2020-ci tədris ilində də Azərbaycan Dillər Universitetində (ADU) müxtəlif fakültələrdə alman dilini tədris edən müəllimlər üçün danışıq klubu yaradılıb.
Avstriya mübadilə xidmətinin ali məktəbdə olan rəhbəri Ştefani Matzer tərəfindən aparılan danışıq klubunda əsasən Almaniya, Avstriya və İsveçrə ilə bağlı mövzular müzakirə edilir.
Danışıq klubu həftədə bir dəfə keçirilir.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər