Qərb Universitetinin idman klubu dağçılıq düşərgəsində iştirak edib.
Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də fəal şəkildə iştirak ediblər.
İdman klubunun əməkdaşı və təlimçisi düşərgədə dağçılıq tarixi, növləri, ip düyünləri kimi mövzularda təlimlər keçib.
Qeyd edək ki, Qərb Universitetinin idman klubu dağçılıq idmanı sahəsində böyük təcrübəyə malikdir. Yay aylarında klubun fəaliyyəti ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yerləşən bir sıra dağ zirvələrinə yürüşlərlə davam edəcək.

Mətbuat Xidməti