Məktəb açılanda şagirdlər partada hansı qaydada əyləşəcək?

Məktəb açılanda şagirdlər partada hansı qaydada əyləşəcək? “Məktəblərdə açılan zaman tibbi sahəyə cavab verən şəxslərin tövsiyələri nəzərə alınacaq”.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, Azərbaycan məktəblərində şagird sıxlığı müşahidə olunur: “Bizim şagirdlərin orta sıxlığı 20 nəfərdir. Bəzi məktəblərdə 30-40 şagirddir. Tədrisə başlanılan zaman şagirdlərin məsafəli əyləşməsi bu məktəblər arasında müzakirə olunmaqla həmin situasiyaya və şərtlərə uyğun qərar veriləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər