“Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var”

“Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var” “Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdədir”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hansısa ölkədə yoluxanların sayının az olması hələ orada virusun az yayılması demək deyil:
“Bəlkə, həmin ölkədə testlər lazımi səviyyədə deyil. Azərbaycanda bu günədək 50 minə yaxın test aparılıb”.
H. Hacıyev deyib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda yanvar ayından ərzaq ehtiyatı tam təmin edilib: “Əsas tərəfdaşlarımızla uzun müddətli müqavilələr var”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov da deyib ki, Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var: “Görülən tədbirlərlə 6 aylıq müddətə də özümüzü sığortalamışıq”.

Tehsil-press.az

Oxşar xəbərlər