ADU-nun Konfutsi İnstitutu tərcümə müsabiqəsi elan edib

ADU-nun Konfutsi İnstitutu tərcümə müsabiqəsi elan edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin dili kurslarının tələbələrini və dinləyicilərini ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii ədəbiyyat tərcüməçiləri müsabiqəsində iştiraka dəvət edir.
Müsabiqə mayın 1-dən 10-dək poetik əsərin ən yaxşı tərcüməsi nominasiyası üzrə keçirilir.
Müsabiqə iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Elegiya" şeirinin Çin dilinə tərcümə edilməsi təklif olunur. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, elan olunan müsabiqənin məqsədi tərcümə fəaliyyəti vasitəsilə tələbələrin intellektual yaradıcılıq potensialının inkişaf etdirilməsi və bədii tərcümə problemlərinə marağın dəstəklənməsidir.
Müsabiqə iştirakçılarının işləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
1. Tərcümənin stilistik savadı;
2. Fərdi üslub və bədii-ifadəli vasitələrin mövcudluğu;
3. Materialın təqdimatının orijinallığı və yaradıcı düşüncənin müstəqilliyi;
4. Orijinal məzmunun ötürülməsinin düzgünlüyü və tərcümənin emosional rənglənməsi.
Müsabiqə iştirakçılarının işləri mayın 10-dək [email protected] elektron poçt ünvanına qəbul edilir.
Bədii tərcümə müsabiqəsinin qalibləri üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər